Musiqi məktəbinin illik yekun konserti

 

   Müslüm Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbi illik yekun konsertini təqdim edib. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsertdə məktəbin istedadlı şagirdləri Azərbaycan bəstəkarlarından Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, C.Cahangirov, A.Məlikov, Ş.Axundova, M.Maqomayevin, dünya bəstəkarlarından isə M.Qlinka, L.V.Bethoven, V.A.Motsart, P.Çaykovski, M.Mussorqski, G.Rossininin əsərlərini ifa ediblər.

 

Mədəniyyət.- 2013.- 14 iyun.- S. 5.